📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikol Paşinyan da LAVROVU TƏKZİB ETDİ - "Delimitasiya üzrə komissiyanın Qarabağla əlaqəsi yoxdur”

2022-06-14 11:46:00

Nikol Paşinyan da LAVROVU TƏKZİB ETDİ -

“Azərbaycanla Ermənistanın delimitasiya və sərhədlərin təhlükəsizliyi üzrə milli komisiyası Qarabağla əlaqədar deyil”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Al-Jazeera”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı ilə İrəvan arasında biri delimitasiya üzrə olmaqla müxtəlif formatda ünsiyyət var: “Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibtələrin normallaşmasıdır. Danışıqların üçüncü istiqaməti də var. Bu, regional nəqliyyat və iqtisadi kommunikasiyanın blokdan çıxarılmasıdır”. (Report)