Nikol Paşinyan: İrəvan Laçın yolunun açılması üçün Moskvadan plan gözləyir
2022-12-29 12:31:00
İrəvan Laçın yolunun açılması üçün Moskvadan plan gözləyir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti və Rusiya Federasiyası vəziyyətlə bağlı aydın izahat verməlidir.
"Rusiya vəziyyəti necə qiymətləndirir, Laçın dəhlizinin açılması ilə bağlı plan və ya yol xəritəsi nədir? Bunlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın da cavab verməsi gözlənilən suallardır".
Paşinyan həmçinin hesab edir ki, Rusiya BMT Təhlükəsizlik Şurasında Rusiya sülhməramlı kontingentinə təşkilata mandat verilməsi üçün müzakirələrə başlamaq və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı qrupun göndərilməsi məsələsini qaldırmalıdır.
Ülviyyə, Hurriyyet.az