Nikol Paşinyan müxalifətçi partiya sədrini həbs etdirir
“Hraparak” qəzetinin yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanetsyanı həbs etdirmək üçün yaxşı bəhanə tapıb.
Bununla da o, Vanetsyanı neytrallaşdırmaq imkanı əldə edib. Belə ki, noyabrın 4-də prokurorluq Artur Vanetsyanın qardaşı, Rusiyada və Avropada bizneslə məşğul olan sahibkar Karen Vanetsyana qarşı cinayət işinin başlanması ilə bağlı məlumat yaymışdı. “İttihama görə, K.Vanetsyan cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırıb (çirkli pulların yuyulması-red).
Cinayət işinin məzmunu Zəngəzur mis-molibden zavodunun 12,5-lik faizi ilə bağlıdır.
İttihama görə, əslində 2013-2018-ci illərdə Ermənistan Respublikasının Müqəddəs Taxt-Tacdakı (Vatikan-red.) fövqəladə və səlahiyyətli səfiri Mikael Minasyana məxsus olan səhmləri o, 2018-ci ildə açıq-aşkar əlverişli şərtlərlə K.Vanetsyatsa verib. Əslində, həmin 12,5 faizin sahibi 2021-ci ildə Nikol Paşinyan tərəfindən hökumətə qəbul edilən iş adamı Mixail Zurabovdur. Göründüyü kimi, sonradan Paşinyanın niyyəti dəyişib və ZMMK-nın sahibləri və səhmlərinin yenidən cəlb edilməsi mərhələsində Zurabov ona müdaxilə etməyə başlayıb.
Bundan sonra o, pozulmuş hüquqlarını bərpa etmək üçün mübarizəyə başlamaq məcburiyyətində qalıb (qanunvericiliyə görə, səhmdarlar əvvəlcə satılan payı almaq üçün təklif verməlidirlər, sonra xaricdən alıcı cəlb etməlidirlər ki, bu da edilməyib).
Zurabov əvvəlcə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Sonra öz payını başqa beynəlxalq təşkilata satıb ki, o da Zurabovun ala bilmədiklərini əldə etməyə çalışacaq. Bu fakt Paşinyanı qəzəbləndirib və o, adəti üzrə cinayət işi vasitəsilə məqsədinə çatmaq qərarına gəlib. Əvvəlcə, Zurabovun dostu Karen Vanetsyana qarşı iş açılıb. Ardınca isə Artur Vanetsyanı bu prosesə sürükləməyə, Artur Vanetsyanın həbsxanaya düşməsini istəmirlərsə, yeni sahibinin vasitəsilə bazara daxil olmağa, öz iddialarından əl çəkməsi üçün onu şantaj etməyə çalışırlar:
“Nəticədə iki məsələ birdən həll olunacaq: müxalifətçi Artur Vanetsyan neytrallaşdırılacaq, Zurabov isə səhmlər uğrunda sonrakı mübarizədən əl çəkməyə məcbur olacaq”. \\Cebhe.info