📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Nikol Paşinyan odla oynayır" - ZAUR MƏMMƏDOV

2023-09-28 13:20:13

"O, bilərəkdən Qarabağdan çıxan ermənilərin sayını şişirtməklə Azərbaycanı etnik təmizləmədə günahlandırmağı planlaşdırır"

"Ermənistanın baş naziri Nikol Paşinyan odla oynayır". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbərinin sözlərinə görə, Nikol Paşinyan bilərəkdən Qarabağdan çıxan ermənilərin sayını şişirtməklə Azərbaycanı etnik təmizləmədə günahlandırmağı planlaşdırır: "Bu isə, sülhə gedən yol deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az