📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikol Paşinyan partiya yoldaşları ilə Azərbaycanla sülh müqaviləsi layihələrini müzakirə edib

2023-02-16 10:46:00

Nikol Paşinyan partiya yoldaşları ilə Azərbaycanla sülh müqaviləsi layihələrini müzakirə edib

Nikol Paşinyan partiya yoldaşları ilə Azərbaycanla sülh müqaviləsi layihələrini müzakirə edib. Bu barədə erməni KİV-ləri bildirib və qapalı görüşün təfərrüatlarını təqdim edib.
“Joxovurd” nəşri yazır ki, Ermənistanın baş naziri danışıqların mümkün qədər tez başa çatdırılmalı, Türkiyə ilə münasibətlərin tez normallaşdırılmalı olduğunu bəyan edib.
Qəzet iddia edir ki, “Vətəndaş sazişi” partiyasında gözləntilər yalnız Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə dünənki səfərindən sonra artıb.

Ülviyyə, Hurriyyet.az