Nikol Paşinyan: Təbii ki, Ermənistanın İttifaq dövlətinə daxil olması ilə bağlı Rusiyadan rəsmi təklif olmayıb və ola da bilməzdi
Təbii ki, Ermənistanın İttifaq dövlətinə daxil olması ilə bağlı Rusiyadan rəsmi təklif olmayıb və ola da bilməzdi. Bu ifadəni Ermənistan baş naziri Nikol Paşinyan bu günki mətbuat konfransında bildirib.
“Lakin reallıq göründüyü qədər sadə deyil - bəzən biz məsələlərə sətiraltı dərindən nəzər salmalı və qlobal prosesləri nəzərdən keçirməliyik. Bizim üçün, ümumiyyətlə, suverenlik və müstəqillik müstəsna dəyərdir və dövlətçiliyin mövcudluğunu təmin etmək üçün hər şeyi etməyi özümüzə borc bilirik”, deyə Paşinyan bildirib.
Jurnalistin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya Federasiyasının bu mövzuda təzyiqindən danışarkən nəyi nəzərdə tutması ilə sualını aydınlaşdıran Paşinyan deyib ki, ola bilsin, söhbət ekspert rəylərindən gedir.
Ülviyyə, Hurriyyet.az