Nikol Paşinyandan AÇIQLAMA: “Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması danışılqarına hazırıq”
Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı günü hökumətin iclasında bildirib ki, regional kommunikasiyanın inkişafı İran və Gürcüstanla müzakirələrimizin gündəliyində əhəmiyyətli rol oynayır. Bu barədə “Pastinfo” xəbər portalı xəbər verir.
Baş nazir İran ərazisini Gürcüstanla birləşdirən Şimal-Cənub layihəsinin əhəmiyyətini qeyd etdi.
“Rusiya Federasiyası və İranla dəmir yolu əlaqəsi qurmaq bizim üçün son dərəcə vacibdir. Bu problemin Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli formatında həll edilməsi üçün bölgədə kommunikasiyaların açılmasına dair danışıqlar aparılır. Biz Azərbaycanın öz növbəsində qərb bölgələri ilə Naxçıvan arasında əlaqə quracağını gözlədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qətiyyətlə hazırıq. Həmçinin Azərbaycanla sülh prosesini ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində bərpa etmək əzmindəyik ”, deyə Paşinyan bildirib.
O, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı gündəmə əhəmiyyət verərək bunun üçün zəruri şəraitin yaradılmasından ötrü çalışdıqlarını bildirib.
Nikol Paşinyan, həmçinin əsirlərin və girovların Ermənistana qaytarılması prosesinin tezliklə başa çatacağına ümid etdiyini bildirib.
“Ermənistanla münasibətlər mövzusuna Türkiyə Prezidenti açıq şəkildə toxundu. Bu bəyanatlarda biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması, dəmir yolu və avtomobil əlaqələrinin bərpası məsələlərini müzakirə etmək üçün fürsət görürük. Belə bir söhbətə hazırıq. Sonda bölgəni Şimalı Cənubla, Şərqi Qərblə birləşdirəcək bir qovşağa çevirməkdən danışırıq", deyə Nikol Paşinyan sözlərini tamamlayıb.
Ülviyyə Şükürova
Hurriyyet.az