📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikol Piterdə özünü ağıllı göstərdi, dedi ki... - Badalyan

2023-12-26 22:21:13

Nikol Piterdə özünü ağıllı göstərdi, dedi ki... - Badalyan

Ermənistanın Baş naziri Nikol Paşinyan doğurdan da özünü ən ağıllı hesab edir. O, ötən gün də növbəti saxtakarlığını etdi.

Hurriyyet.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyayönlü erməni bloger Mika Badalyan Paşinyanın Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"O, Aİİ-nin heç bir siyasi, hətta geosiyasi maraqları olmayan sırf iqtisadi birlik olduğunu qeyd edən nizamnaməsini üzündən oxudu. Bununla o, birincisi, siyasi baxımdan Rusiya ilə eyni yolda olmadığını açıq-aydın göstərdi, ikincisi, bununla da Putinlə görüşə getdiyi üçün antirusiya elektoratı qarşısında özünə haqq qazandırdı", - Badalyan bildirib.

Qeyd edək ki, Paşinyan ötən gün Aİİ sammitindəki çıxışında "Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır" deyə bildirmişdi.