📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikol Rusiyaya qarşı danışdı: Putin unutmayacaq - Video

2023-09-04 12:49:31

Nikol Rusiyaya qarşı danışdı: Putin unutmayacaq - Video

Hətta Paşinyan Rusiya ilə münasibətlərdə hansısa məqamdan narazıdırsa, bunu Qərb mediasına deməyi uzaqgörənlik deyil, axmaqlıqdır. Bunun üçün İrəvanla Moskva arasında müvafiq qapalı rabitə kanalları var.

Hurriyyet.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan baş naziri Nikol Paşinyanın İtaliya mediasına müsahibəsi haqda qeyd edib.

O bildirib ki, bu sözləri görə Rusiya ona heç nə deməyəcək, ancaq Kremlin “qülləsi” heç vaxt heç nəyi unutmur.

“Putinlə Ərdoğanın görüşü ərəfəsində küsmək Nikol Vovayeviç üçün ümumiyyətlə çox axmaqlıqdır”, - o əlavə edib.