📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikola Sarkoziyə yeni ittihamlar irəli sürülüb

2023-10-06 17:40:08

Nikola Sarkoziyə yeni ittihamlar irəli sürülüb

Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə yeni ittihamlar irəli sürülüb.

APA BFM TV-yə istinadən xəbər verir ki, Nikola Sarkozi 3 gündür ardıcıl olaraq 2007-ci ildəki seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi məsələsi üzrə dindirilir.

Ona qarşı “saxta şahid toplama” və “fırıldaqçılıq məqsədli mütəşəkkil cinayətkar dəstənin fəaliyyətində iştirak etmə” ittihamı irəli sürülüb.

2020-ci ildə Sarkozinin işi üzrə əsas şahid olan Ziyad Təkiəddin şahidlikdən imtina edib. BFM TV-nin məlumatına görə, müstəntiqlər bunun müqabilində Təkiəddinə azı 608 000 avro ödənildiyi qənaətindədirlər.

Qeyd edək ki, daha əvvəl Nikola Sarkozi və daha iki şəxs haqqında üç il müddətinə həbs cəzası qərarı verilib. Onlara qarşı korrupsiya ittihamı irəli sürülüb.