Nikolas Maduro və həyat yoldaşı məhkəməyə aparılır - VİDEO
Venesuelanın hazırda ABŞ-də həbsdə olan Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanıldığı həbsxanadan çıxarılıb.
Hurriyyet.az xəbər verir ki, onlar Nyu York Məhkəməsinə aparılır.
Birləşmiş Ştatların hüquq-mühafizə orqanları bununla əlaqədar ciddi təhlükəsizlik tədbirləri görüb.
Qeyd edək ki, N.Maduro 1962-ci ildə anadan olub. O, 2013-cü ildən Venesuelaya rəhbərlik edirdi.
ABŞ yanvarın 3-də Venesuelanın paytaxtı Karakasa hava zərbələri endirib. Bununla paralel olaraq Birləşmiş Ştatların seçmə qüvvəsi olan Delta Force xüsusi təyinatlıları əməliyyat keçirərək Prezident N.Maduro və həyat yoldaşı Siliya Floresi həbs edib ABŞ-yə aparıb.
Nyu York Cənubi Federal Məhkəməsində onlara qarşı narko-terrorizm və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb. (Yenisabah.az)