📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikolay Patruşevin Bakıya gəlişi HANSI MƏQSƏD DAŞIYIR?

2023-10-11 11:11:15

Nikolay Patruşevin Bakıya gəlişi HANSI MƏQSƏD DAŞIYIR?

Elxan Şahinoğlu: "Rusiya hərbi kontigentinin Ermənistandakı bazaya köçürülməsi Qərbə yaxınlaşmaq istəyən Nikol Paşinyanın maraqlarına cavab vermir"

"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya gəlişi Qarabağda olan Rusiya hərbi kontingentinin gələcəyini müəyyənləşdirməklə bağlı ola bilər. Rusiya diplomatları son günlərdə açıqlamalarında hərbi kontingentin Azərbaycan ərazisində qalma müddətinin uzadılmasına işarə edirlər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq hesab edir ki, bu, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir: "Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibəsində deyib ki, Rusiya hərbi kontingenti Qarabağı tərk edəcəksə, Ermənistana yox ölkəsinə qayıtmalıdır. Paşinyan bunu təsadüfən deməyib. Çünki Kreml Rusiya hərbi kontingentini Qarabağdan Ermənistandakı bazasına yerləşdirmək planını da nəzərdən keçirir. Ermənistanın baş naziri bu haqda məlumatlıdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib ki, Rusiya hərbi kontigentinin Ermənistandakı bazaya köçürülməsi Qərbə yaxınlaşmaq istəyən Nikol Paşinyanın maraqlarına cavab vermir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az