📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Nikolun bu təklifinin müəllifi Əliyevdir” - Zöhrabyan

2024-01-19 23:08:43

“Nikolun bu təklifinin müəllifi Əliyevdir” - Zöhrabyan

“Baş nazir Nikol Paşinyanın “silahlara qarşılıqlı nəzarət”lə bağlı təklifi Ermənistan ordusunun tamamilə məhv edilməsinə yönəlmiş addımdır”.

Hurriyyet.Az xəbər verir ki, bu sözləri  Ermənistan Parlamentinin keçmiş deputatı, “Təhlükəsizlik və Demokratiya” ictimai təşkilatının sədri Naira Zohrabyan deyib.

O bildirib ki, bu təklif Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və əslində Bakının növbəti şərtlərinin yerinə yetirilməsidir.

“Ona görə ki, Ermənistanın öz ordusu olmamalıdır. Sazişin imzalanması nəticəsində ordumuz məhv ediləcək və Ermənistan özü də türk vilayətinə çevriləcək”, – deyə Zöhrabyan əlavə edib. \\KONKRET.az