📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü - Fotolar

2026-08-19 22:34:27

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü - Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Universitetinin Tələbə evində vətəndaşlarla növbəti dəfə səyyar görüş keçirib.

Hurriyyet.media  xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Vətəndaşların müraciətləri arasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.

Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.