📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb - Fotolar

2026-10-15 14:07:39

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb - Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 14 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib.

Hurriyyet.net  xəbər verir ki, əvvəlcə rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə çiçəklər düzüblər.

Qəbulda Gəncə ŞİH başçısı, Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Səyyar qəbul zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

N.Bayramov qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.