"Niyə bu formada geyinirsən? Şokdayam..."
2021-12-28 19:54:00
Stilist Elnur Həsənov müğənni Damlanın geyimini tənqid edib.
Stilist bu haqda "Space TV"də yayımlanan "Deməsəm olmaz" proqramında deyib. O, ifaçının bir müddət əvvəl paylaşdığı fotoda geyindiyi çəhrayı libası tənqid edib:
"Niyə bu formada geyinirsən? Şokdayam... Bunu tikən nə düşünüb? Neçə il bundan əvvəl də hazırlansa belə paltarın üzünə baxıb kiməsə geyindirməzdim. Musiqi zövqümüz də üst-üstə düşmür. Onun son iki mahnısını bəyənirəm. Balaca da olsa çaba sərf edib. İnsan olaraq onu bəyənirəm, üzü o qədər gözəldir ki... Çox maraqlıdır ki, niyə bunu geyinib? Tək layihələrdə pul xərcləmək lazım deyil. Qarderobu dəyişməlidir. Geyimin tikişinə baxıram, nə gündə...".

Axşam.az