📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nizami bələdiyyəsində əməkhaqqı qalmaqalı

2023-12-29 09:25:31

Nizami bələdiyyəsində əməkhaqqı qalmaqalı

Nizami rayonunun Nizami bələdiyyəsi məhkəməyə verilib. 

Hurriyyet.az xəbər verir ki, iddiaçı İbrahimova Sədaqət Rüstəm qızıdır. 

Onun iddiasına Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Sitarə Əliyevanın icraatındadır. Sədaqət İbrahimova Nizami bələdiyyəsindən əməkhaqqı tələb edir. 

Onun Nizami bələdiyyəsində hansı vəzifəni tutması barədə məlumat yoxdur. Ümumiyyətlə, açıq mənbələrdə Sədaqət İbrahimova haqqında hər hansı məlumata rast gəlinmir. 

Nizami bələdiyyəsinin sədri Vüqar Quliyevdir.