📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nizami Gəncəvi küçəsində ATIŞMA: ÖLƏN VAR

2023-10-12 22:57:00

Nizami Gəncəvi küçəsində ATIŞMA: ÖLƏN VAR

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.

Hurriyyet.Az xəbər verir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.

Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.

O, aldığı güllə yarasından yerindəcə keçinib.

Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.