📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nizami Rayon İcra Hakimiyyəti heyəti"Məlhəm Hospital"da keçirilən qanvermə aksiyasında iştirak edib

2023-04-18 13:35:00

Nizami Rayon İcra Hakimiyyəti heyəti

Bu gün aprelin 18-i tarixində Talassemiya Mərkəzinin təşəbbüsü ilə Bakı şəhəri Nizami rayonunda yerləşən "Məlhəm Hospital"da qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasında Nizami Rayon İcra Hakimiyyətinin rəhbəri Coşqun Cəbrayılov başda olmaqla dövlət qurumunun kollektivi tam tərkibli heyətdə iştirak edib.

Məlumata görə, Nizami Rayon icra Hakimiyyəti bu qəbildən xeyirxahlıq nümunəsi olan qanvermə aksiyalarında müntəzəm iştirak edir və bu cür xoşməramlı fəaliyyətlərə dəstək olur. Toplanan qan Mərkəzi Qan Bankına göndəriləcək. Fikrimizcə hər bir vətəndaş belə aksiyalarda iştirak etməklə talassmeiya xəstəliyindən əziyyət çəkənlərə dəstək ola bilər.    

Ülviyyə, Hurriyyet.az