📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb - VİDEO

2026-08-29 11:18:20

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb - VİDEO

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb.

Hurriyyet.media  xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.