📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq?

2026-08-04 21:48:07

Avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.

Hurriyyet.media xəbər verir ki, bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, avtobuslar arasında interval 2 dəqiqə 30 saniyə olacaq.

Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində “Dərnəgül” istiqamətindən hərəkət edən qatarlar “Nizami” stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.