📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nizamidə karqo şirkətinin yaratdığı məhdudiyyət aradan qaldırıldı - FOTO

2026-04-02 17:59:32

Nizamidə karqo şirkətinin yaratdığı məhdudiyyət aradan qaldırıldı - FOTO

Paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli 25A ünvanında yolun istifadəsi məhdudlaşdırılıb. 

Avtosfer.az-a ərazidə yaşayan sakinlərdən biri göndərdiyi fotoşəkillərlə məsələni diqqətə çatdırıb.

Görüntülərdən görünür ki, “Findex” karqo şirkəti səkinin qarşısını zəncirləyərək nəqliyyat vasitələrinin dayanmasına əngəl törədib. Şikayətçinin sözlərinə görə, şirkət özünü həmin ərazini özəlləşdirərək maşınların orada dayanmasına mane olur. Nəticədə yaxınlıqda yaşayan sakinlər avtomobillərini yolun bu hissəsinə park edə bilmir.

İzləyici məsələ ilə bağlı tədbir görülməsini və ictimai yolun istifadəsinə maneənin aradan qaldırılmasını xahiş edir.