📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nobel mükafatçısı Aziz Sancar Azərbaycanda-fotolar

2024-05-30 22:48:16

Nobel mükafatçısı Aziz Sancar Azərbaycanda-fotolar

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvətilə Azərbaycana səfərə gəlib.

Hurriyyet.Az bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Aziz Sancar səfərinin ilk günündə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.

Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Alaverdi Aşırov müşayiət edib.