📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nohur gölü daşıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

2024-07-01 19:35:05

Nohur gölü daşıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Hürriyyət.az xəbər verir ki, bu bu barədə FHN-dən məlumat verilib.

Bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.