“Nokia” Rusiya bazarından gedir
2022-04-12 12:52:00
Hurriyyet.az “Ekonomoçeskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Finlandiyanın “Nokia” telekommunikasiya texnikası istehsalısı Rusiya bazrını tərk elədiyini bəyan edib. Bu barədə şirkətin rəmi saytında açıqlma yerləşdirilib. Açıqlamada deyilir: “Ukraynaya müdaxilənin ilk günlərindən “Nokia”-ya aydın oldu ki, bundan sonra Rusiyada qalmaq qeyri-mümkündür. Son həftələrdə biz məhsul tədarükünü, yeni biznesi dayandırmışıq, məhdudlaşdırılmış elm-tədqiqat fəaliyyətimizi də Rusiya ərazisindən çıxarırıq”.
Qeyd edək ki, 2021-ci ildə “Nokia” məhsullarının satışının 2%-dən azı Rusiyanın payına düşüb.
Hürr Tərcüman