Norveç Hans fırtınasının cəngində: SES suyun altında qalıb, bənd partladılacaq
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Norveç polisi Hans fırtınasının təsiri altında ölkədə baş verən güclü leysanlar, torpaq sürüşməsi və daşqınlar səbəbindən paytaxt Oslo şəhərinin şimalından yüzlərlə sakinin köçürüldüyünü xəbər verib.
Rəsmi orqanlar Norveçin ən uzun çayı olan Qlommanın üzərində qurulmuş Brasqeraydfoss SES-in suyun altında qalması səbəbindən istifadəsinin dayandırıldığını, suyun axışını tarazlamaq üçün su bəndini nəzarət altında partlatmağı planlaşdırdıqlarını bildiriblər. Bunun sayəsində çayların yaxınlığındakı yaşayış məntəqələrinin sel altında qalmasının qarşısını almaq niyyətində olduqlarını bəyan ediblər. RəsmilərOsloda işləyənləri “məsafədən işləməyə” çağırıblar. Güclü leysanlar, torpaq sürüşməsi və ani sellər səbəbindən ölkənin cənubunda təbii fəlakətlər gözlənildiyi bildirilir.
Hürr Tərcüman