📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Norveç Mikrokredit" BOKT-nın dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT

2022-11-04 23:07:00

"Norveç Mikrokredit" Bank olmayan Kredit Təşkilatının dövlətə vergi borcu üzə çıxıb.

Hurriyyet.Az xəbər verir ki , sözügedən BOKT-nın hazırki vergi borcu 65 min manatdan çxodur. (65495.55 AZN)
Bildirək ki, 01.07.2002-ci il tarixindı dövlət qeydiyyatına alınan "Norveç Mikrokredit" Bank olmayan Kredit Təşkilatının idarə heyətinin sədri Bəhmən Əsgərovdur, nizamnamı kapitalı isə 6000 dollar təşkil edir.
Qeyd edək ki, “Norveç Mikrokredit” qaçqın və məcburi köçkün, eləcə də yerli aztəminatlı əhaliyə mikro maliyyə xidmətləri göstərən qeyri-bank kredit təşkilatıdır. Təşkilat 1998-ci ildə Norveç Qaçqınlar Şurası tərəfindən Qarabağdan köçkün düşmüş azərbaycanlılara öz fərdi bizneslərini qurmaq və genişləndirmək, onların həyat şəraitini yaxşılaşdırmaq, özləri və ailə üzvləri üçün yeni iş yerləri yaratmaq və xarici humanitar yardımdan asılılığı azaltmaq məqsədilə həyata keçirdiyi gəlir yaratma layihəsi kimi yaradılıb.

 

Mənbə: 32gun.az