📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

2026-01-30 20:24:47

Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.\

O, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnaməmi təqdim etmək mənim üçün şərəf oldu", - paylaşımda deyilib.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.