Norveç “UNRWA”-ya böyük məbləğdə yardım ayırdı
2024-02-08 16:26:49
Norveç Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (“UNRWA”) 26 milyon dollar yardım göndərib.
Hurriyyet.az xəbər verir ki, Norveç xarici işlər naziri Espen Barth Eidenin bu barədə "X" hesabında yazıb:
“Norveç Fələstinli qaçqınlara kömək edən BBMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə 26 milyon dollar yardım göndərib. Məhz "UNRWA” Qəzzaya humanitar yardımların toplanmasının əsas təşkilatçısıdır. Onun xidmətləri həddindən artıq ehtiyacı olan milyonlarla insan üçün vacibdir".
Cebhe.info