Növbədənkənar parlament seçkiləri təyin etdi
2026-10-05 15:07:41
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Hurriyyet.net TASS-a istinadən xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes seçkiləri noyabrın 29-na təyin edib.
Deputatlar Konqresində (parlamentin aşağı palatası - red.) çıxışı zamanı hökumət başçısı Nazirlər Şurasının növbədənkənar iclasını çağırmaq, parlamenti buraxmaq və ümumi seçkiləri noyabrın 29-na təyin etmək qərarına gəldiyini açıqlayıb.
Qeyd edək ki, İspaniyada parlament seçkiləri 2027-ci ildə keçirilməli idi.