📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Növbədənkənar prezident seçkiləri analoqsuz siyasi hadisə kimi tarixə düşəcək" - ƏLİMUSA İBRAHİMOV

2023-12-12 12:17:43

"Fəal iştirakımızla yaranan yeni reallıqlar bizə yeni siyasi hədəflər müəyyənləşdirmək üçün fürsətlər verdi, qarşımıza vəzifələr qoydu"

"Azərbaycanda 2024-cü il fevralın 7-nə nəzərdə tutulmuş növbədənkənar prezident seçkiləri respublikamız və xalqımız üçün analoqsuz siyasi hadisə kimi tarixə düşəcək. Ərazi bütövlüyü və suverenliyi tam bərpa ediləndən sonra Azərbaycanda ilk dəfə olaraq bütün ərazimizdə insanlar sandıq başına toplanacaq, seçki məntəqələrinin əhatəsi bütün ərazimizə yayılacaq". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun fikrincə, Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində həm regionda, həm də ölkəmizdə yeni reallıqların yarandığına heç kim etiraz edə bilməz: "Bu reallığın yaradıcısının həm də Azərbaycan olması çox qürurvericidir. Fəal iştirakımızla yaranan bu reallıqlar eyni zamanda, bizə yeni siyasi hədəflər müəyyənləşdirmək üçün fürsətlər verdi, qarşımıza vəzifələr qoydu. Bu vəzifələrin yerinə yetirilməsi, yeni çağırışlara vaxtında cavab vermək üçün bu seçki bizim üçün çox əhəmiyyətlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az