"Növbədənkənar prezident seçkilərinin elan edilməsi regional və beynəlxalq şərtlərdən irəli gəlir" - POLİTOLOQ
"Pezident seçkilərindən sonra ölkədə referendum və parlament seçkiləri olacaq"
Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev növbədənkənar prezident seçkiləri ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Hurriyyet.az-ın məlumatına görə, mövzu ilə əlaqədar mövqeyini bildirən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, növbədənkənar prezident seçkilərinin elan edilməsi regional və beynəlxalq şərtlərdən irəli gəlir.
2024-cü ilin martında Rusiya da, noyabrda isə ABŞ-da seçkilərin keçiriləcəyini qeyd edən Milli Cəbhə Partiyasının sədr müavini əlavə edib ki, prezident seçkilərindən sonra ölkədə referendum və parlament seçkiləri olacaq.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az