📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncam iki amillə əlaqəlidir" - ELXAN ŞAHİNOĞLU

2023-12-07 14:23:22

"Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçki keçirməyə üstünlük verilib"

"Fikrimcə, prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır: "İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa İttifaqında da 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçki keçirməyə üstünlük verilib".

Elxan Şahinoğlu əlavə edib ki, bu halda Azərbaycanda prezident seçkisinin keçirilməsi planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az