📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Növbəti 24 saat Ukrayna üçün kritik olacaq - Zelenski

2022-02-28 10:05:00

Növbəti 24 saat Ukrayna üçün kritik olacaq - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Zelenski bildirib ki, növbəti 24 saat Ukrayna üçün kritik olacaq.

Conson Zelenskiyə zəmanət verib ki, Böyük Britaniya və müttəfiqləri müdafiə yardımının Ukraynaya çatması üçün əllərindən gələni edəcəklər.

Conson onu da əlavə edib ki, ölkəsi Ukraynaya əlavə 40 milyon funt-sterlinq köçürəcək. Bu pul ukraynalılar üçün tibbi ləvazimatlara yönəldiləcək.