Növbəti danışıqlar Cenevrədə aparıla bilər
2025-05-27 20:44:45
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinin Cenevrədə keçirilə biləcəyini bildirib.
Xüsusi nümayəndə bu haqda “Fox News” telekanalına müsahibə verib.
O qeyd edib ki, Ukrayna və Rusiyanın sənədləri ilə işlədikdən sonra danışıqların növbəti mərhələsi keçiriləcək:
“Düşünürəm ki, Cenevrə tərəflərin hər üç liderinin: ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna başçısı Volodimir Zelenskinin iştirak edəcəyi növbəti dayanacaq ola bilər”, - xüsusi nümayəndə deyib.
O, həmçinin açıqlayıb ki, ABŞ administrasiyası Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını alıb. \\Qafqazinfo