📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Növbəti görüş Qazaxıstanda keçiriləcək - Ermənistan XİN

2024-04-29 13:14:56

Növbəti görüş Qazaxıstanda keçiriləcək - Ermənistan XİN

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyanın növbəti görüşünün Qazaxıstanın Almatı şəhərində keçirilməsi gözlənilir. 
Bu barədə açıqlamanı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan verib. O, görüşlə bağlı razılaşma əldə edildiyini söyləyib.
Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda səfərdə olarkən danışıqların bu ölkədə keçirilməsini təklif eləmişdi.
Hürr Tərcüman