📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Növbəti hücuma cavab fərqli olacaq” - Rəsmi Tehrandan xəbərdarlıq

2026-10-11 22:23:18

“Növbəti hücuma cavab fərqli olacaq” - Rəsmi Tehrandan xəbərdarlıq

“Biz müharibə tərəfdarı deyilik, amma necə döyüşməyi bilirik”.

Hurriyyet.net xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Minab şəhərindəki Şəcərət əl-Tayyibə ibtidai məktəbində çıxış edərkən deyib.

“Biz 200 il ərzində heç vaxt müharibəyə başlamamışıq, lakin təcavüzkarlara acı dərs vermişik”, – deyə nazir müavini vurğulayıb.

O, İranın yeni hücumlarla üzləşəcəyi təqdirdə fərqli cavab verəcəyini bildirib.

Qəribabadi ölkəsinin əvvəlki münaqişələrdəki reaksiyalarını müqayisə edərək qeyd edib ki, “Qırx günlük müharibə” zamanı verilən cavab “On iki günlük müharibə” dövründəki reaksiyadan fərqlənib.

Hörmüz boğazı ilə bağlı danışan nazir müavini bu su yolundan düşmənə qarşı mübarizədə istifadə ediləcəyini bildirib: “Hörmüz boğazı İranın su yolunun simvolu hesab olunur və biz bu boğazdan düşmənə qarşı mübarizəmizdə bir vasitə kimi istifadə edəcəyik”.