📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Növbəti qəbul imtahanlarının mövzularında yeniliklər olacaq

2021-10-27 15:47:00

Növbəti qəbul imtahanlarının mövzularında yeniliklər olacaq

Növbəti qəbul imtahanlarında yeni region bölgüləri və işğaldan azad olunan ərazilərin tarixi haqqında suallar olacaq.

Hurriyyet.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə açıqlayıb.

Onun sözlərinə görə, azad edilmiş ərazilərin işğal tarixləri ilə yanaşı azad olunması tarixləri də mövzularda öz əksini tapacaq.

"Yeni proqramlar müzakirə edilib və dərsliklər üzrə monitorinqlər aparılıb. Proqram dərc olunandan sonra epidemioloji vəziyyətə uyğun olaraq yanvarda sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur".