Novruz Məmmədovun nəvəsinin kiçik toyundan MARAQLI GÖRÜNTÜLƏR: Elza ilə... - VİDEO
2022-04-21 17:38:00
Keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyundan rəqs görüntüləri yayılıb.
Hurriyyet.az xəbər verir ki, sənət adamlarının da yer aldığı məclisdə sabiq nazirin nəvəsi ilə instaqramda yayılan rəqs videosu maraq doğurub.
Məclisdə ən yaddaqalan görüntülərdən biri də Əməkdar artist Elza Seyidcahanla N.Məmmədovun xanımının rəqsi olub.
Qeyd edək ki, N. Məmmədovun qızı Firuzə Məmmədova muğam ifaçısı Pərviz Qasımovla ailəlidir.
N. Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.
Publika.az