“Novruzda əfv olmayacaq, iclaslar davam edir” – Komissiya üzvü
2025-03-14 13:26:10
Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O, iclasların may ayına kimi davam edəcəyini söyləyib:
“Komissiyanın iclasları hələ davam edir, müraciətlər hədsiz çoxdur. May ayı da daxil olmaqla komissiyanın iclasları davam edəcək”.
Əliməmməd Nuriyev bu günə kimi yüzlərlə müraciətə baxıldığını xatırladıb.