📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Noyabrda 5 gün ardıcıl iş olmayacaq

2023-10-20 12:17:17

Noyabrda 5 gün ardıcıl iş olmayacaq

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Hurriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.