📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Noyabrda hasil olunan neftin həcmi açıqlandı

2022-12-15 20:26:00

Noyabrda hasil olunan neftin həcmi açıqlandı

Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barel olub.

Energetika Nazirliyindən Hurriyyet.Az-a bildirilib ki, bunun 550 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda ölkədə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılması nəzərdə tutulurdu.

​​​​​​​