Nurlana Orucova şöbə müdiri təyin edildi
2026-04-21 21:20:17
"Azəriqaz" İstehsalat Birliyində yeni kadr təyinatı olub.
Hurriyyet.az oxu.az-a istinadən xəbər verir ki, Nurlana Orucova qurumun Müqavilə şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
O, 2006-cı ildən "Azəriqaz" da çalışır, N.Orucova bundan əvvəl müqavilə üzrə mütəxəssis, daha əvvəl isə Layihə İdarəetmə Mütəxəssisi vəzifəsində işləyib.