Nursultan Nazarbayev haradadır?”
Hurriyyet.az xəbər verir ki, bu sualı rusiyalı jurnalist, hüquq müdafiəçisi, videobloger Maksim Şevçenko öz “Feysbuk” səhifəsində qoyub.
Şevçenko yazıb:
“Bir sual qalır: Nursultan Nazarbayev haradadır?
Biz müasir Qazaxıstanın əsasını qoymuş şəxsin üzünü görmədikcə, səsini eşitmədikcə, şə“xsi açıqlamalarını oxumadıqca, vəziyyət getdikcə daha da qəribə və anormal olur.
Ölüb?
Şüursuz vəziyyətdədir?
Ələ keçirilərək saxlanılır?
Nə vaxt? Kim tərəfindən? Harada?
Nazarbayev – Yanukoviç deyil. Onun qaçdığına inanmaq – mümkünsüzdür.
Artıq az qala onuncu gündür ki, Nazarbayev barəsində bizə axmaqcasına və anlaşılmaz yalanlar danışırlar.
Nəyi isə etiraf eləməyə qorxurlar? Nəyi?
İstəyirlər ki, “hər şey öz-özünə sovrulub getsin” və biz bir aydan sonra guya belə bir adam olduğunu xatırlamayaq?
Elə bir təsəvvür yaranır ki, Qazaxıstan barəsində nə isə çox mühüm və xoşagəlməz bir şeyi dünyadan gizlədirlər.
Və əksinə, axmaq və biabırçı bir şey uydururlar (işgəncə altında terrorçu olduğu etiraf etdirilən, indi isə evinə aparılan qırğız müğəninin başına gələn hadisə kimi).
Nazarbayev haradadır?”
Hürr Tərcüman