📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nüsrətin Nyu Yorkdakı restoranı bağlandı - QALMAQAL

2023-06-16 19:33:00

Nüsrətin Nyu Yorkdakı restoranı bağlandı - QALMAQAL

Ət duzlama hərəkəti ilə "Salt Bae" kimi məşhur olan Nüsrət Gökçənin Nyu-York –Manhettendə "Salt Bae Burger" adlı restoranı bağlanıb. 

Bu ictimai iaşə obyekti 3 il əvvəl Nyu-Yorkun ən pis restoranı seçilib.

Qəzet Nüsrət Gökçədən “Qoluna duz səpməklə məşhur olan türk qəssab sensasiyalı bir personajdır” ifadələrindən istifadə edərək xəbər yazıb.

“Nüsrət Gökçə sosial şəbəkədə demək olar ki, yeməli olan hər şeyin üzərinə duz səpərək məşhurlaşıb. Nyu-York mümkün olan ən yaxşı hamburgeri tapmaqla məşğul olan bir şəhərdir. Gökçə burada “Salt Bea Burger” adlı hamburger restoranı açıb. Koronavirusdan bir qədər əvvəl, 2020-ci ilin fevralında Nüsrət çəhrayı hamburger çörəyi ilə yalnız qadınlara məxsus “qadınlar üçün burger” təklif etdiyi üçün cinsiyyətçilikdə günahlandırılıb.

Restoran daha sonra 99 dollarlıq qızıl xallı milkşeyk və qızıl yarpaqla örtülmüş 100 dollarlıq qızıl burgerlə heyrətləndirməyə davam edib”.

Məşhur yemək saytı “Gothamist”in tənqidçisi Linç Skott, “Salt Bae Burger”i Nyu-Yorkun ən pis restoranı kimi təsvir edib. 

"Nyu York Post" tənqidçisi Pit Uels iki nəfərlik şam yeməyinə 521,45 dollar ödədiyini yazaraq bunu "1 nömrəli ictimai quldurluq" adlandırıb. 

Qeyd edək ki, işçiləri Nüsrətin onların bəxşişlərini mənimsədiyini iddia edərək məhkəməyə müraciət etmişdi. \\Ölkə.Az