Nüvə gücü olmağa iddialı İran təqaüdçülərini dolandıra bilmir: “Rəisi Allahın düşmənidir!”
İranda Sosial Təminat İdarəsindən təqaüdə çıxanlar 30-a yaxın şəhərdə kütləvi etiraz aksiyaları keçirərək pensiya haqlarının artırılmasını tələb ediblər.
Etirazlar zamanı onlar Rəisi hökuməti və parlament əleyhinə şüarlar səsləndirərək, Ali Əmək Şurasının qərarları əsasında təqaüd haqlarının artırılmasını istəyiblər.
Tehranda təhlükəsizlik qüvvələri neçə-neçə təqaüdçünü saxlamaqla, etirazların genişlənməsinə imkan verməyib, narazıları dağıdıb və ya həbs ediblər.
Pensiyaçılar etiraz aksiyalarında “Rəisi həya et” və “Rəisi Allahın düşmənidir” kimi kəskin şüarlar səsləndiriblər.
Xatırladaq ki, son bir neçə ayda Rəisi hökuməti təqaüdçülərin tələblərinin yerinə yetirilməsi ilə bağlı bir neçə dəfə söz versə də, bu yöndə heç bir tədbir görməyib.
Ülviyyə, Hurriyyet.az