Nüvə müharibəsinin bir addımlığında – Rumıniyada yod qıtlığı yarandı
Hurriyyet.az “Ensonhaber” portalına istinadla xəbər verir ki, nüvə müharibəsinin baş verməsi qorxusu Rumıniyada yod preparatı ehtiyatlarının tükənməsinə səbəb olub. Əhali nüvə müharibəsinin baş verə biləcəyindən təlaşa düşərək, apteklərdəki yod həblərini kütləvi şəkildə almağa başlayıb və həb ehtiyatlarını bitirib. Bundan sonra yod ailə həkimləri tərəfindən pulsuz veriləcəkdir.
Bəlli olduğu kimi, artıq 1 aydan artıq müddət ərzində davam edən Rusiya-Ukrayna müharibəsi barəsində açıqlamalarda bir çox rəhbər şəxs nüvə müharibəsi ehtimalını səsləndirib.
Ukraynadakı nüvə və kimya müəssisələrinin də müharibə ərazilərində qalması və tez-tez əldən-ələ keçməsi Avropada, xüsusilə də Ukraynaya qonşu dövlətlərdə təlaşa səbəb olub.
Rumıniyanın Səhiyyə naziri Alexandru Rafila mətbuata açıqlamasında yod həblərinin gələn həftədən etibarən əhaliyə pulsuz paylanacağını bildirib. O, 40 yaşa qədər hər bir kəsə yod həblərinin paylanacağını söyləyib. Nazir 1986-cı ildə Çernobıl AES-dəki partlayışın hələ yaddaşlarda qaldığını bildirərək, bu həblərin paylanmalı olduğunu bildirib.
Hürr Tərcüman
.png)