"Nüvə planlarının hədəfi Rusiya ilə Çindir"
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF XİN mətbuat təmsilçisi Mariya Zaxarova ABŞ ilə Cənubi Koreyanın birgə nüvə proqramının təkcə Şimali Koreyanı deyil, Rusiya Federasiyası ilə Çin Xalq Respublikasını da hədəfə aldığını bəyan edib.
Zaxarova deyib: "ABŞ ilə Koreya Respublikasının birgə nüvə planı təkcə, necə deyərlər, KXDR-dən gələn təhdidlərə qarşı mübarizə aparmaqdan ibarət deyil, həm də Rusiya və Çini strateji şəkildə məhdudlaşdırmağa yönəlib".
"Nüvə silahından istifadə ediləcək geosiyasi silahlı münaqişə ssenarilərinin işlənib hazırlanması gərginliyin daha da artmasına səbəb olur, sülh və sabitliyə xələl gətirir və regionu nüvə fəlakətinin astanasına gətirir".
Zaxarova ABŞ-ın Koreya yarımadasını da Yaxın Şərq regionu kimi xaos vəziyyətinə salmağa çalışdığını söyləyib.
Hürr Tərcüman