📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Nüvə silahı mövcuddursa, istifadə təhlükəsi həmişə var” - Putin

2022-10-28 00:28:00

“Nüvə silahı mövcuddursa, istifadə təhlükəsi həmişə var” - Putin

“Nə qədər ki, nüvə silahı mövcuddur, onlardan istifadə təhlükəsi həmişə var”.

Bunu cümə axşamı Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

Prezidentin sözlərinə görə, nüvə təhlükələri və nüvə silahının mümkün istifadəsi ilə bağlı bugünkü hay-küyün məqsədi çox primitivdir və Qərb ölkələrinin diktəsi, onların beynəlxalq kommunikasiyanın bütün iştirakçılarına təzyiq göstərmək cəhdi ilə bağlıdır:

“Nüvə silahı ilə təxribatlar, Rusiya tərəfindən nüvə silahının mümkün istifadəsinə dair tezisin özü də məhz bu məqsədə çatmaq üçün istifadə olunur. Dostlarımıza, müttəfiqlərimizə, neytral dövlətlərə təsir etmək üçün”.

Vladimir Putin bildirib ki, rəsmi Moskva Rusiya tərəfindən nüvə silahının mümkün istifadəsinə dair heç vaxt heç nə deməyib. \\Qafqazinfo