NYT: İran İsraillə müharibə üçün Rusiyadan S-400 sistemləri almaq istəyir
2024-08-06 18:09:51
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın "Nyu-York Tayms" nəşri İranın İsraillə müharibə ehtimalı ilə əlaqədar Tehranın Moskvadan S-400 zenit-raket kompleksləri almaq istədiyini bildirib. Məqalədə bu məlumatın iki İran məmurundan aldığı, məmurlardan birinin İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olduğu deyilir.
İddiaya görə, bu məsələ RF TŞ katibi Sergey Şoyqunun Tehrana səfəri zamanı müzakirə edilib.
Nə İran, nə də Rusiya tərəfi belə bir razılaşmanın olduğu barəsində rəsmi açıqlama verməyib.
Hürr Tərcüman